Masallı rayonu ərazisində yerləşən evlərin birindən 12 min manat dəyərindən qızıl-zinət əşyaları və içərisindən 710 manat olan bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla pul və zinət əşyalarının həmin evdə qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.
Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Fərman Babayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.