Küçə itləri 10 yaşlı uşağı parçaladı
11 mart 2025 16:36 (UTC +04:00)

Küçə itləri 10 yaşlı uşağı parçaladı

Türkiyədə sahibsiz itlər daha bir uşağı parçalayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ərzurum şəhərinin Narman qəsəbəsində baş verib. Mağazaya çörək almağa gedən 10 yaşlı Murat Tutara küçədə itlər hücum ediblər. Uşaq başından, boğazından və bədəninin müxtəlif yerlərindən xəsarət alıb.

Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən həftə də Konyada küçə itləri 2 yaşlı qızı parçalayıb öldürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1052

Oxşar yazılar