Keçmiş baş nazir və həyat yoldaşı eyni vaxtda  dünyasını dəyişdi
12 fevral 2024 00:56 (UTC +04:00)

Keçmiş baş nazir və həyat yoldaşı eyni vaxtda dünyasını dəyişdi

Hollandiyanın keçmiş baş naziri Dris van Aqt və həyat yoldaşı evtanaziyanı seçdikdən sonra dünyasını dəyişib.

Lent.az bildirir ki, bu barədə “Associated Press” agentliyi rəhbəri mərhum Aqt olan “The Rights Forum” hüquq müdafiə təşkilatına istinadən məlumat yayıb.

"O, yetmiş ildən artıq bir yerdə olduğu və həmişə "qızım" adlandırdığı sevimli həyat yoldaşı Yevqeniya van Aqt-Krekelberq ilə əl-ələ tutaraq ölüb. Dəfn mərasimi özəl olub. Van Aqt və onun arvadının 93 yaşı var idi”, - insan haqları qrupu bildirib.

Dris van Aqt Xristian Demokratik Çağırış partiyasına rəhbərlik edib və Hollandiyanın ədliyyə naziri (1971-1977), xarici işlər naziri (1982) və baş nazir (1977-1982) vəzifələrində çalışıb. Sonrakı illərdə (1987-1995) Yaponiya və ABŞ-da Avropa Birliyinin nümayəndəsi olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4527
avatar

Oxşar yazılar