Jurnalist canlı yayımda  GÜLLƏLƏNDİ
06 noyabr 2023 14:25 (UTC +04:00)

Jurnalist canlı yayımda GÜLLƏLƏNDİ

Filippin radiosunun jurnalisti canlı yayım zamanı güllələnərək öldürülüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qatil özünü dinləyici kimi göstərərək, xəbər yayımçısı 57 yaşlı Xuan Cumalonun ev radiosuna giriş əldə edib. Polisdən bildirildiyinə görə, o, Misamis əyalətinin qərbindəki Calamba şəhərində səhər canlı yayım zamanı jurnalistə iki dəfə atəş açıb.

Təcavüzkar kənarda gözləyən yoldaşı ilə motosikletə minərək qaçmazdan əvvəl jurnalistin qızıl boyunbağısını qoparıb. Qatilin şəxsiyyətinin və hücumun işlə bağlı olub-olmamasının müəyyən edilməsi üçün araşdırma aparılır.

Prezident Ferdinand Markos atışmanı kəskin şəkildə pisləyib və milli polisə qatillərin yerin müəyyənləşdirib həbs etmək və məsuliyyətə cəlb etmək əmri verdiyini bildirib.

"Bizim demokratiyada jurnalistlərə qarşı hücumlar qəbuledilməzdir və mətbuat azadlığını təhdid edənlər öz hərəkətlərinin tam nəticələri ilə üzləşəcəklər", - Markos deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3669
avatar

Fidan İlqar

Oxşar yazılar