İtkin düşən  kişinin meyiti   zibil qutusunda tapıldı
11 iyul 2023 18:46 (UTC +04:00)

İtkin düşən kişinin meyiti zibil qutusunda tapıldı

0

İsraildə polis zibil qutusundan 74 yaşlı kişi meyiti tapıb. 

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, bir neçə gün əvvəl o, evdən mobil telefonsuz çıxıb, ondan xəbər ala bilməyən yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib. Polis yaşlı kişinin itdiyi bölgədə təhlükəsizlik kameralarını araşdırıb, məlum olub ki, zibil konteynerlərinə yaxınlaşıb.

İlkin ehtimallara görə, o, konteynerə düşüb və oradan çıxa bilməyib.

Kamera görüntüləri aşkar edildikdən sonra polis əməkdaşları hadisə yerinə gediblər. Konteyner kran vasitəsilə qaldırılıb və oradan çürümüş vəziyyətdə olan kişinin meyiti çıxarılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3426

Oxşar yazılar