İranda terrorçular məhkəmə binasına hücum ediblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Zahidan vilayətində, Azadi küçəsində yerləşən Sistan və Bəlucistan əyalət məhkəməsində baş verib.
Silahlı hücum zamanı 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Məlumata görə, ölənlərdən ikisi ana və körpəsidir.
Terror aktına görə məsuliyyəti “Ceyş əl-Zalm” terror qruplaşması öz üzərinə götürüb.