Göyçayda çay kənarından meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Göyçay çayının şəhərin ərazisindən keçən hissəsində baş verib.
Şəhər sakini 44 yaşlı Emil Fərhad oğlu Babayevin meyiti çay kənarından aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.