Göyçayda FACİƏ:  başı yerə çırpılan azyaşlı öldü
08 fevral 2024 19:25 (UTC +04:00)

Göyçayda FACİƏ: başı yerə çırpılan azyaşlı öldü

Göyçayda yıxılıb xəsarət alan azyaşlı ölüb.

Lent.az xəbər verir ki, hadisə Bığır kəndində baş verib. 7 yaşlı V. Cəlilli yaşadığı evdə yıxılaraq başından xəsarət alıb. O, ailə üzvləri tərəfindən rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada cərrahi əməliyyat olunub.

Lakin görülən tədbirlərə baxmayaraq, azyaşlı xəstəxanada ölüb.

V. Cəlillinin anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4438

Oxşar yazılar