Goranboyda gənc qadın qazdan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə Qaradağlı kəndində baş verib.
26 yaşlı Şabanlı Dürdanə Mərdan qızı yaşadığı 1 otaqlı fərdi yaşayış evində quraşdırılmış qaz balonundan sızan qaz nəticəsində zəhərlənərək ölüb.
Hazırda Goranboy rayon prokurorluğunda araşdırma aparılır.