Gəncədə bıçaq xəsarətləri alan ər və arvadın adları məlum olub.
Lent.az-ın məlumatına görə, 34 yaşlı Ramin İmanov və onun həyat yoldaşı 35 yaşlı Şəhla Bayramovanın müalicəsi xəstəxanada aparılır.
Qeyd edək ki kişi arvdına 12 bıçaq vurub, sonra isə özünə xəsarət yetirib.
Cütlük bir ilə yaxın imiş boşanıb,10 gün əvvəl yenidən barışıblarmış.
Onların üç övladı var.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
***
Saat 02:00
Gəncədə ərlə arvadın mübahisəsi bıçaqlanma ilə bitib.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbədə yaşayan kişi həyat yoldaşını, daha sonra özünü bıçaqlayıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.