Gəncədə binanın su xətlərini kəsib oğurladılar
22 aprel 2023 19:13 (UTC +04:00)

Gəncədə binanın su xətlərini kəsib oğurladılar

0

Gəncədə su boruları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 21-də Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən yaşayış binalarının zirzəmilərindən su borularının oğurlanması barədə polisə məlumat daxil olub.

Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar A.Məmmədov və R.Lepexov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1816

Oxşar yazılar