Bakıda məşhur otel BAĞLANDI - VİDEO
19 mart 2025 10:46 (UTC +04:00)

Bakıda məşhur otel BAĞLANDI - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, ev 8 ünvanında yerləşən “Rosemary Inn” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya lisenziyası olan təşkilat tərəfindən texniki qulluq göstərilməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyekt yanğın su hovuzu, odsöndürən balon və daxili yanğın kranları ilə təmin olunmayıb;

- obyektdə tezalışan üzlüklərdən istifadə olunub, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;

- köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb;

- təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;

- təxliyə yolları yanar materiallarla bağlanılıb;

- mövcud havalandırma sisteminin istismara yararlılığı barədə müvafiq sənədlər təqdim olunmayıb;

- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, ev 8 ünvanında yerləşən “Rosemary Inn” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1508

Oxşar yazılar

Ermənistanın Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə

Ermənistanın Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə

5 may 2025 , 18:36
Maştağada ögey anasını qətlə yetirənə  HÖKM OXUNDU

Maştağada ögey anasını qətlə yetirənə HÖKM OXUNDU

5 may 2025 , 18:33
Mahaçqalada polislər güllələndi:  Ölənlər var - VİDEO  - YENİLƏNİB

Mahaçqalada polislər güllələndi: Ölənlər var - VİDEO - YENİLƏNİB

5 may 2025 , 17:54
Bakıda hostel yandı

Bakıda hostel yandı

5 may 2025 , 16:07
Meşədə itkin düşən ŞƏHİD ATASI  TAPILDI-YENİLƏNİB

Meşədə itkin düşən ŞƏHİD ATASI TAPILDI-YENİLƏNİB

5 may 2025 , 16:05
Xəstələrin pulunun mənimsəyənlərə HÖKM OXUNDU

Xəstələrin pulunun mənimsəyənlərə HÖKM OXUNDU

5 may 2025 , 15:38
Tanınmış həkim silahla tutuldu

Tanınmış həkim silahla tutuldu

5 may 2025 , 15:36
Sumqayıtda mopedlərə qarşı REYD

Sumqayıtda mopedlərə qarşı REYD

5 may 2025 , 15:25