Fəraməz Maqsudovun bağ evini  yardılar
09 mart 2024 13:57 (UTC +04:00)

Fəraməz Maqsudovun bağ evini yardılar

Mərhum akademik, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Fəraməz Maqsudovun ailəsinə məxsus olan və Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evdən oğurluq edilib.

Lent.az xəbər verir ki, bu barədə Fəraməz Maqsudovun nəvəsi, akademikin sağ ikən övladlığa götürdüyü Boqdan Maqsudov özünü sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, hadisə bu ilin fevralın 25-də baş verib: “Mərdəkan qəsəbəsi Telman küçəsindəki evimizə girən şəxslər pəncərənin dəmir barmaqlıqlarını qırıblar və evi tamamilə dağıdıblar. Biz saat 17 radələrində evə girəndə mənzilin alt-üst edildiyini gördük. Evdəki bütün mebellər dağıdılıb, xrustal qab-qacaq, bir neçə qol saatı, antik əşyalar, elektronik avadanlıqlar, sənədlər, eləcə də bir neçə digər qiymətli əşya oğurlanıb”.

Boqdan Maqsudov qeyd edib ki, fevral ayı ərzində Mərdəkandakı bağ evinə getməyiblər. O, oğurluğun əvvəlcədən planlaşdırıldığını, hadisə yerinin yaxınlığında avtomobilin olduğunu ehtimal etdiyini bildirib: “Hadisənin baş verdiyi ev Xəzər Rayon Prokurorluğunun qarşısındadır, orada çoxsaylı kameralar var. Biz dərhal polisə bu barədə məlumat verdik. Lakin oğurluğu edənlər hələ tutulmayıb”. 

DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Lent.az-a bildirdi ki, həmin ünvandan məişət və mətbəx avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub:

“Həyata keçirilən tədbirlərlə oğurluq hadisəsini törədənin şəxsiyyəti müəyyən olunub. Araşdırmalar davam etdirilir”​.

Qeyd edək ki, Fəraməz Maqsudov ümummilli lider Heydər Əliyevin yaxın dostu olub. O, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş 91 nəfərdən biridir.

1997-ci ildə AMEA-nın prezidenti seçilən F. Maqsudov 2000-ci ildə xərçəng xəstəliyindən vəfat edib. 2001-ci ildə isə onun həyat yoldaşı və qızı yaşadıqları evdə güllələnərək qətlə yetirilib. Həmin cinayət hadisəsi hələ də müəmmalı olaraq qalır.

Fəraməz Maqsudovun oğlu olmadığından o qızının oğlu Boqdanı övladlığa götürübmüş.

# 3129
avatar

Oxşar yazılar

Bakı-Qazax yolunda  yük maşını   aşdı

Bakı-Qazax yolunda yük maşını aşdı

28 aprel 2024 , 19:39
Neftçalada 46 yaşlı kişi  göldə   batdı

Neftçalada 46 yaşlı kişi göldə batdı

28 aprel 2024 , 19:36
Şəkidə qəza-Xəsarət alanlar var

Şəkidə qəza-Xəsarət alanlar var

28 aprel 2024 , 18:12
Sədərək rayonunda partlayış -  Ölənlər var

Sədərək rayonunda partlayış - Ölənlər var

28 aprel 2024 , 17:09
Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

28 aprel 2024 , 17:01
Bakıda restoranda yanğın  -Tüstüdən zəhərlənənlər var

Bakıda restoranda yanğın -Tüstüdən zəhərlənənlər var

28 aprel 2024 , 16:25
Tovuzda  dərəyə düşən   kişi xilas edildi -  VİDEO

Tovuzda dərəyə düşən kişi xilas edildi - VİDEO

28 aprel 2024 , 14:37
Bakıda kuryoz olay-VİDEO

Bakıda kuryoz olay-VİDEO

28 aprel 2024 , 12:08