Artaşatda iki sakinin qətli ilə bağlı aparılan araşdırmalar nəticəsində bir sıra hallar aydınlaşıb. Beş nəfərə qarşı ittiham irəli sürülüb.
Lent.az Ermənistan Kİv-nə istinadla bildirir ki, İstintaq Komitəsinin məlumatına görə, noyabrın 8-də saat 21:00-da “Artaşat” Tibb Mərkəzi Qapalı Səhmdar Cəmiyyətindən 4 vətəndaşın güllə yarası ilə həkimə müraciət etməsi, onlardan birinin vəfat etməsi barədə siqnal daxil olub. Faktla bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq zamanı təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri, o cümlədən hadisə yerinə baxış keçirilib, orada boş patronlar, qan izləri və güllələrdən zədələnmiş avtomobil aşkar edilib. Axtarışlar və nümunələr aparılıb, bir sıra şəxslər dindirilib, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla müəyyən edilib ki, noyabrın 8-də 46 yaşlı Artaşat şəhər sakini həmin şəhərin 45 yaşlı sakininə zəng edərək övladları arasında əvvəllər yaranmış mübahisə ilə əlaqədar ona görüşməyi təklif edib.
Həmin gün saat 20:30 radələrində razılaşmaya əsasən, 46 yaşlı kişi oğlu, qardaşı, qardaşı oğlu və bir neçə nəfərlə birlikdə bir neçə avtomobildə 12 mm çaplı ov tüfəngi, digər növ silahlar, iti deşici əşyalar, taxta dəyənəklərlə 45 yaşlı kişinin evinə gedib.
Görüş 45 yaşlı kişinin vəhşicəsinə döyülməsi ilə başa çatıb. Buna cavab olaraq o, 46 yaşlı kişini və onun qardaşını güllələyib, sonuncuya həyati təhlükəsi olan xəsarətlər yetirib. Hücum edənlər 45 yaşlı kişini güllələyiblər, lakin onlardan asılı olmayan şəraitə görə niyyətlərini axıra çatdıra bilməyiblər.
Məlumata görə, ikiayaqlı vəhşi məxluqlar 45 yaşlı kişinin azyaşlı oğluna hücum edərək onu sözün əsl mənasında parçalayıb, həyatla bir araya sığmayan bədən xəsarətləri yetiriblər.
46 yaşlı kişi, oğlu və 22 yaşlı kişiyə ittiham irəli sürülüb.