DİN Ucardakı ağır qəza ilə bağlı məlumat yayıb, azyaşlı ölüb -FOTO
23 aprel 2023 10:46 (UTC +04:00)

DİN Ucardakı ağır qəza ilə bağlı məlumat yayıb, azyaşlı ölüb -FOTO

0

Bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının ​ idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu​ istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

DİN-in​ Baş Dövlət​ Yol​ Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2411

Oxşar yazılar