Daha bir narkoman sükan arxasında SAXLANILDI
30 aprel 2022 11:15 (UTC +04:00)

Daha bir narkoman sükan arxasında SAXLANILDI

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Lent.az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 29-da Salyan rayonu ərazisində Bakı şəhər sakini Əbülfəz Hacıyev idarə etdiyi “Khazar” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. 

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub. 

Salyan rayon Məhkəməsinin qərarı ilə Ə.Hacıyev 500 manat məbləğdə cərimələnəib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

# 1776
avatar

Aytəkin Cəlali

Oxşar yazılar