Ceyranbatanda  DƏHŞƏTLİ QƏZA:   ölənlər var
13 iyul 2022 11:13 (UTC +04:00)

Ceyranbatanda DƏHŞƏTLİ QƏZA: ölənlər var

Abşeronda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 12-də saat 15 radələrində Ceyranbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Əhməd Sərdarovun idarə etdiyi “Kia” və Sumqayıt şəhər sakini M.Əbişovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Sərdarov orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3273
avatar

Mehman Nəbiyev

Oxşar yazılar