Bulvarda özünü dənizə atan qadın xilas edildi -  VİDEO
08 sentyabr 2023 18:59 (UTC +04:00)

Bulvarda özünü dənizə atan qadın xilas edildi - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 34 yaşlı Ş.Cəfərovanı dalğıclar xilas edərək, ilkin yardım göstərib və aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2950

Oxşar yazılar