Bərdə sakini qonşusunu tüfənglə yaralayıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayonunda 45 yaşlı Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 30 yaşlı Elşad Məmmədova ov tüfəngindən atəş açaraq yaralayıb.
E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
R.Məmmədov saxlanılıb.