Bayram günü (31.12.2024-cü il tarixdə) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.
Lent.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd edilib ki, müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, 1 nəfər isə botilizmlə zəhərlənib.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.