Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Hüseyn Cavid prospektində baş verib.
1989-cu il təvəllüdlü Mürsəlova Günel Mürsəl qızı yolu keçərkən onu maşın vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.