Bakıda XÜSUSİ ƏMƏLİYYAT  -  8 kiloqram narkotik, tapançalar götürüldü -VİDEO
20 mart 2024 14:31 (UTC +04:00)

Bakıda XÜSUSİ ƏMƏLİYYAT -  8 kiloqram narkotik, tapançalar götürüldü -VİDEO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rəşad Səfərov və Vüsal Cavadov saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar olunub. Saxlanılanlar narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

İdarə əməkdaşları tərəfindən martın əvvəlindən etibarən həyata keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt müəyyən edilib, 17 nəfər saxlanılıb. 8 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Əməliyyat yolu ilə müxtəlif şəxslərdən 2 ədəd “Makarov”markalı tapança aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Nərimanov RPİ-də araşdırmalar davam etdirilir.

# 2793
avatar

Oxşar yazılar

Bakı-Qazax yolunda  yük maşını   aşdı

Bakı-Qazax yolunda yük maşını aşdı

28 aprel 2024 , 19:39
Neftçalada 46 yaşlı kişi  göldə   batdı

Neftçalada 46 yaşlı kişi göldə batdı

28 aprel 2024 , 19:36
Şəkidə qəza-Xəsarət alanlar var

Şəkidə qəza-Xəsarət alanlar var

28 aprel 2024 , 18:12
Sədərək rayonunda partlayış -  Ölənlər var

Sədərək rayonunda partlayış - Ölənlər var

28 aprel 2024 , 17:09
Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

28 aprel 2024 , 17:01
Bakıda restoranda yanğın  -Tüstüdən zəhərlənənlər var

Bakıda restoranda yanğın -Tüstüdən zəhərlənənlər var

28 aprel 2024 , 16:25
Tovuzda  dərəyə düşən   kişi xilas edildi -  VİDEO

Tovuzda dərəyə düşən kişi xilas edildi - VİDEO

28 aprel 2024 , 14:37
Bakıda kuryoz olay-VİDEO

Bakıda kuryoz olay-VİDEO

28 aprel 2024 , 12:08