Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərinliyi təqribən 8 metr olan su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.