Bakıda qəza edən maşın qaz borusuna  çırpıldı
12 dekabr 2025 01:20 (UTC +04:00)

Bakıda qəza edən maşın qaz borusuna çırpıldı

0

 Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Çoban Bəkirzadə küçəsində baş verib.

“Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub, nəticədə nəqliyyat vasitələrindən biri qaz borusuna çırpılaraq aşıb. Hər iki avtomobilin yanması müşahidə olunub.

“Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.

Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. “Porsche”nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün o, xəstəxanaya yerləşdirilib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 72

Oxşar yazılar