Bakıda məktəbliyə qarşı əxlaqsızlıq edən həbs olundu - YENİLƏNİB
03 noyabr 2022 12:26 (UTC +04:00)

Bakıda məktəbliyə qarşı əxlaqsızlıq edən həbs olundu - YENİLƏNİB

Bakıda yerləşən 212 saylı tam orta məktəbdə 10 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Lent.az apa-ya istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib.

Qərara əsasən, Tərtər rayon sakini Sahil Həsənov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında göstərilib ki, təqsirləndirilən şəxs oktyabrın 2-də saat 19:39-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 212 saylı tam orta məktəbin birinci mərtəbəsinin dəhlizində 2012-ci il təvəllüdlü şagirdə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törədib.

Təqsirləndirilən Sahil Həsənov barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.

***
31.10.2022

Saat: 10:52

Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə barədə polisə şikayət daxil olub.

Oktyabrın 27-də Nərimanov rayonu ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə Nərimanov Rayon Polis İdarəsinə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanıb. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb.

# 6456
avatar

Oxşar yazılar