Bakıda  məktəblilər arasında   KÜTLƏVİ DAVA
25 yanvar 2024 19:33 (UTC +04:00)

Bakıda məktəblilər arasında KÜTLƏVİ DAVA

Bakıda məktəblilər arasında kütləvi dava olub.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb.

Daxili İşlər  Nazirliyi mətbuat xidmətinin inspektoru polis kapitanı Nurlan Əliyev Lent.az-ın sorğusuna cavabında bildirib ki, Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində bir qrup məktəbli arasında dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

Hazırda araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5967
avatar

Mehman Nəbiyev

Oxşar yazılar