Bakıda maşından 38 minlik qızıl  OĞURLANDI
07 dekabr 2023 10:35 (UTC +04:00)

Bakıda maşından 38 minlik qızıl OĞURLANDI

Bakıda avtomobildən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri 30 yaşlı T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3774
avatar

Oxşar yazılar