Bakıda maşın dərəyə yuvarlandı, SƏRNİŞİN ÖLDÜ
09 fevral 2024 12:55 (UTC +04:00)

Bakıda maşın dərəyə yuvarlandı, SƏRNİŞİN ÖLDÜ

Bakıda avtomobil dərəyə yuvarlanıb. 

Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Novxanı qəsəbəsində qeydə alınıb. 

56 yaşlı Rasim Ağayev idarə etdiyi "Opel Zafira" markalı avtomobillə dənizkənarı mərkəzi yolla hərəkətdə olarkən "Mirakl" istirahət mərkəzinin yaxınlığında idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. 

Nəticədə avtomobildə olan sərnişin 48 yaşlı Nəzakət Ağayeva hadisə yerində həyatını itirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3912
avatar

Fidan İlqar

Oxşar yazılar