Bakıda küçədən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu 8-ci kilometr qəsəbəsi ərazisində qeydə alınıb. Küçədə adı və soyadı bilinməyən 55-65 yaşlarında kişi meyiti aşkarlanıb.
Onun xəstəlik səbəbilə öldüyü bildirilir.
Araşdırma aparılır.