Bakıda kişi metroda stansiya yoluna düşdü
23 aprel 2023 19:12 (UTC +04:00)

Bakıda kişi metroda stansiya yoluna düşdü

0

"Memar Əcəmi" stansiyasında orta yaşlı kişi stansiya yoluna düşüb.

Bu barədə Lent.az-a “Bakı Metropoliteni”ndən bildirilib.

Stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb. Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb.

Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb. Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1987

Oxşar yazılar