Bakıda həbsxanaya ağlagəlməz üsulla narkotik keçirmək istədilər
02 aprel 2024 13:02 (UTC +04:00)

Bakıda həbsxanaya ağlagəlməz üsulla narkotik keçirmək istədilər

Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, həbs edilmiş şəxs Əli Həsənağa oğlu Novruzova dostu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman oradakı gödəkcənin astar hissəsində gizlədilmiş pambığa xüsusi üsulla hopdurulmuş 0,016 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 2949
avatar

Oxşar yazılar