Bakıda gənc oğlan bıçaqlandı
14 aprel 2024 23:52 (UTC +04:00)

Bakıda gənc oğlan bıçaqlandı

Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

261 saylı orta məktəbin yaxınlığında 1999-cu il təvəllüdlü Məmmədov Ülvi Ziyarəddin oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

# 2151
avatar

Oxşar yazılar