Bakıda yeniyetmə itkin düşüb.
Lent.az xəbər verir ki, 17 yaşlı Məmmədov Amil Aqil oğlu Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və bir daha geri qayıtmayıb.
Bu barədə onun qohumu polisə müraciətində bildirib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.