Bakı-Quba yolunda piyada öldü
11 iyul 2022 00:35 (UTC +04:00)

Bakı-Quba yolunda piyada öldü

Bakı-Quba yolunda qəza olub.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə nəticəsində piyada ölüb.

Magistralın 50-ci kilometrliyində yolu keçmək istəyən piyada - 1965-ci il təvəllüdlü Tacəhmədov Xudabaxış Güləhməd oğlunu “Hyundai” markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 1485
avatar

Oxşar yazılar