Azərbaycanın İrandakı səfirliyinə silahlı HÜCUM:  ölən var - VİDEO  -YENİLƏNİB
27 yanvar 2023 10:28 (UTC +04:00)

Azərbaycanın İrandakı səfirliyinə silahlı HÜCUM: ölən var - VİDEO -YENİLƏNİB

Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Lent.az-ın məlumatına görə, hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin  mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.

Diplomatik kanallar vasitəsilə əldə etdiyimiz məlumata görə, hücum edən şəxs saxlanılıb. İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

 

***

 

10:11

 

Azərbaycanın İrandakı səfirliyinə hücum olub.

Lent.az xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, silahlı hücum nəticəsində bir nəfərin öldüyü bildirilir.

Kanal həmçinin hadisə yerindən görüntülər yayıb. Videonu təqdim edirik:

# 7194
avatar

Oxşar yazılar