Azərbaycan onu Türkiyəyə təhvil verdi
23 sentyabr 2026 13:00 (UTC +04:00)

Azərbaycan onu Türkiyəyə təhvil verdi

0

Səkkiz ölkədə saxlanılan və axtarışda olan ümumilikdə 76 nəfər Türkiyəyə ekstradisiya edilib. Onlardan biri Azərbaycanda tutulub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanda 61, Yunanıstanda və Almaniyada hərəsində 4, Fransada və ABŞ-də hərəsində 2, Böyük Britaniya, Serbiya və Azərbaycanda isə hərəsində bir nəfər saxlanılıb.

Türkiyəyə ekstradisiya olunan şəxslərdən 29-u İnterpolun qırmızı bülleteni ilə beynəlxalq, 47-si isə ölkə səviyyəsində axtarışda olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar