Azərbaycanda DƏHŞƏT:   İtlərin parçaladığı azyaşlının vəziyyəti ağırdır -  VİDEO   - YENİLƏNİB
04 mart 2024 11:12 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: İtlərin parçaladığı azyaşlının vəziyyəti ağırdır - VİDEO - YENİLƏNİB

Qobu qəsəbəsində it dişləyən azyaşlının vıziyyəti ağırdır. 

Bu barədə TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.

"Martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".

***

10:39

Qobu qəsəbəsində azyaşlını itlərin parçaladığı iddia olunur.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, “Qobu Park”da itlərin hücumuna məruz qalan azyaşlı məktəbli olub. Hadisə barədə uşağın valideynləri xəbərsiz olublar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır.

Nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

# 5598
avatar

Fidan İlqar

Oxşar yazılar