Bakıda qadın qazdan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə yanvarın 12-də Binəqədi rayonu M. Ə. Rəsulzadə küçəsində baş verib. 33 yaşlı Quliyeva Turanə Fərman qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, həmçinin yanvarın 12 Şamaxıda və Sabirabadda da dəm qazından ölüm halları barədə xəbər vermişik.