Finlandiyanın Arktika tülkü dərilərinin sənədlərlə bağlı problemlərə görə Pskov vilayətinə idxalı qadağan edilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, yükü olan avtomobil Rusiya-Estoniya sərhədindəki “Şumilkino” avtomobil buraxılış məntəqəsində baxış üçün saxlanılıb. 42 dəri Finlandiyada istehsal edilərək Azərbaycana göndəriləcəkmiş. Lakin onlar təyinatlarına çata bilməyiblər.
Baytarlıq şəhadətnaməsi yoxlanılan zaman məlum olub ki, məhsulun etiketlənməsi haqqında onun baytarlıq müşayiət sənədlərinə uyğunluğunu müəyyən etməyə imkan verən heç bir məlumat yoxdur. Buna görə də, məhsulun Rusiya ərazisinə keçirilməsinə imkan verilməyib və geri qaytarılıb.