Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı
20 iyul 2025 23:04 (UTC +04:00)

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Lənkəranda ağıq yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində üç nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə axşam saatlarında Lənkəran rayonunun Xanbulan-Biləsəsər kənd yolunda, dağlıq ərazi olan Daşdatük kəndi ərazisində baş verib.

Belə ki, Astara rayon Siyəkü kənd sakini 2004-cü il təvəllüdlü Səbuhi Namiq oğlu Rzayevin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən idarəetməni itirib.

Nəqliyyat vasitəsi təqribən 100 metr hündürlükdən dərəyə aşıb və ağaca çırpılaraq dayanıb.

Qəza nəticəsində avtomobildə olan sürücü və sərnişinlər Astara rayon Siyəkü kənd sakinləri 2009-cu il təvəllüdlü Qalib Şaiq oğlu Şahməmmədov, 2003-cü il təvəllüdlü Sənan İlqar oğlu Əhmədov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunublar.

Həkimlər sürücü S. Rzayevə sağ mil sümüyünün sınığı, bədənin çoxsaylı sıyrıqları, Q. Şahməmmədova isə sol milin tipik yerdəyişən sınığı, sol göz ətrafında əzilmiş-didilmiş yara, bədəndə çoxsaylı sıyrıqlar və S. Əhmədova sağ bud çanaq, boyun nahiyəsinin küt travması diaqnozu qoyublar. Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09
Keçmiş futbolçunun atası dənizdə boğuldu

Keçmiş futbolçunun atası dənizdə boğuldu

20 iyul 2025 , 18:59