Fevralın 10-da Rusiyanın Nijni Novqorod şəhərində qəribə hadisə yaşanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, avtobusda bir kişi sərnişin başını qızın çiyninə qoyaraq yatıb. Bunu görən digər kişi sərnişinlərdən biri ona düzgün dayanmasını bildirib. Lakin yuxudan ayılan oğlan sərt cavab verib və mübahisə yaranıb.
Məlum olub ki, həmin şəxs 2019-cu ildə işləmək üçün Rusiyaya gələn azərbaycanlı olub. Həmin vaxtdan vətəndaş Bor şəhərində məskunlaşıb, orada ofisiant və fəhlə işləyərək, Nijni Novqorodda kirayə mənzil tutub. Hadisə baş verən günü də azərbaycanlı yorğun halda işdən evə qayıdırmış. Miqrantın iş vizasının 2023-cü ildə vaxtı bitdiyi və onun qanunsuz olaraq Rusiya Federasiyasında yaşadığı üzə çıxıb.
Polis həmin şəxsi tapıb və izahat alıb.
Azərbaycanlı isə davranışına görə bağışlanmasını istəyib. Yerli KİV-in məlumatına görə, o, inzibati xətaya görə cərimədən qurtula bilməyəcək - onun deportasiyasına miqrasiya xidməti qərar verəcək.