Ata oğlunun məktəbli çantasına narkotik qoydu
22 aprel 2023 14:13 (UTC +04:00)

Ata oğlunun məktəbli çantasına narkotik qoydu

0

ABŞ-da ata oğlunu çantasına narkotik qoyub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Floridadan olan Cozef Dombrovski narkotiki oğlunun məktəb çantasında gizlədib. Oğlan məktəbdə atasının gizlətdiyi narkotiki tapıb müəllimə verib.

Ata saxlanılıb. O, valideynlik vəzifələrini lazımınca yerinə yetirməməkdə ittiham olunub. Müstəntiqlərin fikrincə, uşağın bel çantasından tapılan maddə sintetik narkotik maddə olan 9 qram metamfetamin olub.

Həmin şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilib. Oğlu deyir ki, narkotikləri çantasında konfet axtararkən tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2346

Oxşar yazılar