Adam öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlandı
23 aprel 2023 08:51 (UTC +04:00)

Adam öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlandı

0

Aprelin 23-ü saat 01 radələrində Biləsuvar rayon sakini 1986-ci il təvəllüdlü Vüsal İlhamlının üzərində xəsarət izləri olan meyitinin Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub. 

Biləsuvar rayon prokurorluğunundan Lent.az-a bildirilib ki, ilkin araşdırma zamanı  1993-cü il təvəllüdlü Rüfət Əlizadənin Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Vüsal İlhamlıya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rüfət Əlizadə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2024

Oxşar yazılar