4 tələbə  çayda boğuldu
05 iyun 2024 13:43 (UTC +04:00)

4 tələbə çayda boğuldu

Hindistandan olan 4 tələbə Rusiyanın Velikiy Novqorod şəhərində çayda üzərkən ölüblər.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə axşam saatlarında Volxov çayı üzərindəki körpünün yaxınlığında baş verib. Üç oğlan və iki qız isti havada sərinləmək üçün çaya giriblər. Lakin çayın güclü axını onları aparıb.

Hadisənin şahidləri gənclərə kömək etməyə çalışsalar da, onlardan yalnız biri sudan çıxa bilib. O, hazırda xəstəxanadadır. Mərhumların yaşları 18 ilə 20 arasında olub.

Hadisə ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2835
avatar

Oxşar yazılar