Bakıda qanunsuz loto oyun zalları aşkarlanıb
01 iyul 2011 16:23 (UTC +04:00)

Bakıda qanunsuz loto oyun zalları aşkarlanıb

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumatda bildirilir ki, qanunsuz fəaliyyət göstərən kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirən obyekt və əyləncə yerlərinin aşkar edilməsi istiqamətində paytaxt polisi mütəmadi reydlər həyata keçirir. Həmin reydlər zamanı fəaliyyət göstərən bir neçə obyekt tamamilə ləğv edilib.

BŞBPİ-ə Xətai rayonu ərazisində yerləşən “Nilufər” şadlıq sarayının binasında loto oyunlarının oynanılması ilə bağlı məlumat daxil olub və bu qanunsuzluğun qarşısının alınaraq müvafiq tədbirlərin görülməsi xahiş edilib. İdarəyə daxil olan müraciət əsasında BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin (İcTİ) əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Şadlıq sarayının birinci mərtəbəsində çay evi kimi fəaliyyət göstərən otaqların birində loto oyunun oynanılması faktı aşkar edilib. Həmin oyunun təşkilatçısı Ramin Kərimov oyun əşyaları ilə birlikdə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə aparılıb və məlum olub ki, o, loto oyunları təşkil etmək üçün çay evi işlətmək adı ilə həmin obyekti hər ay üçün 1800 manata icarəyə götürüb. Görülmüş tədbirlər zamanı oyunu təşkil edən R. Kərimov İnzibati Xətalar Məcəlləsinin 309-cu (pul, şey və başqa sərvətlərlə qumar oynamağa və ya idman yarışlarında və başqa yarışlarda qumara qoyulmuş pulun xüsusi şəxslər tərəfindən qəbul edilməsinə görə) maddəsi inzibati məsuliyyətə cəlb olunub. Daha sonra iyunun 26-da BŞBPİ-nin İcTİ-nin əməkdaşları tərəfindən həmin yerə təkrarən baxış keçirilib və qanun pozuntusu qeydə alınmayıb.

Analoji təbdirlər Yasamal və Binəqədi rayonlarında da həyata keçirilib. Yasamal rayonu Z. Əhmədbəyov küçəsi, 7 ünvanında Eldəniz İsmayılov və Anar Ələkbərova məxsus çay evində fəaliyyət göstərən obyektə baxış keçirilib, orada da loto oyunlarının keçirildiyi aşkar olunub. Həmin gün polis əməkdaşları sözügedən rayon ərazisində Hüseyn Hüseynovun da çay evində loto oyunları keçirdiyini aşkar ediblər. Obyekt sahibləri ərazi üzrə 27-ci və 29-cu Polis Bölmələrinə gətirilərək inzibati məsuliyyətə cəlb olunublar.

BŞBPİ-nin İcTİ-nin əməkdaşları Xətai rayonun ərazisində fəaliyyət göstərən daha bir loto oyunu təşkil edilən çayxananın fəaliyyət göstərməsi ilə bağlı məlumat alıb. Mayın 18-də Xudu Məmmədov küçəsində Elçin Qəmbərovun çay evində loto oyunlarının təşkil edildiyini müəyyən ediblər.

İyunun 17-də Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşları Ə. Naxçıvani küçəsi 7 ünvanında «Məkan» çay evində Vüsal Salmanovun da loto oyunu təşkil etdiyini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, V. Salmanov bundan əvvəl də məlum fakt üzrə inzibati məsuliyyətə cəlb olunub. Lakin o, həmin obyektdə yenidən loto oyunlarının keçirilməsini təşkil edib. İyunun 24-də BŞBPİ İcTİ və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə həmin yerə baxış keçirilib və loto oyunlarının keçirilməsi öz təsdiqini tapdıqdan sonra müvafiq ölçü götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28