DİN Elşad Abdullayevin sonuncu videosuna münasibət açıqladı
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) fəaliyyətini dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu videogörüntüdə Ramil Usubovun və Vilayət Eyvazovun adlarının hallanmasına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavabında bildirib ki, Vilayət Eyvazov vətəninə, xalqına son dərəcə bağlı, ən vicdanlı, ən prinsipial, şərəfini hər şeydən üstün tutan ləyaqətli və peşəkar polis generallarından biridir: “Kimin nə deyib-deməməsindən, hansı nağılı danışıb-danışmamasından asılı olmayaraq, heç kəs onunla hər hansı qanunsuz məsələlərlə bağlı "bazarlıq yapmağa" cəsarət belə edə bilməz. Bir daha bildirirəm ki, bunlar hamısı cəfəngiyatdır və bizə məlum qüvvələrin oyunudur. Hansı məntiqə sığa bilər ki, kimsə iki il, üç il məhkəmənin qərarı olmadan haradasa saxlanılsın, heç kim də bundan xəbər tutmasın? Ramil Usubovu da, Vilayət Eyvazovu da möhtərəm prezidentimiz, xalqımız da yaxşı tanıyır. Kimlər hansı oyunları oynayırlarsa oynasın, axırı öz başlarında çatlayacaq. Bildiyiniz kimi, cənab prezidentin göstərişi ilə Baş Prokurorluqda müstəqil İstintaq Komissiyası yaradılıb və heç şübhəsiz ki, komissiya bu məsələlərə aydınlıq gətirəcək və öz sözünü deyəcək”.
Qeyd edək ki, Elşad Abdullayev Bakının Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirən video yayıb.
Video materialda hakimlə qardaşı barədə danışılır, onun məhkəmə istintaqına çıxarılmadan azad edilməsi üçün sövdələşmə aparılır.
Videoda daxili işlər naziri Ramil Usubovun və nazir müavini Vilayət Eyvazovun da adı hallanır.

6932