Bacısı ilə tutduğu qonşusunu öldürdü - TƏFƏRRÜAT
Yevlaxda törədilmiş qətl hadisəsinin bəzi məqamları aydınlaşıb
Noyabrın 14-nə keçən gecə Yevlax rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı Elxan Əsgərov həmyerlisi 21 yaşlı Vidadi Məmmədovu qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirib.
Məlumata görə, öldürülən V.Məmmədovla hadisəni törədən E.Əsgərov qonşudurlar. Onlar Yevlaxda yeni salınmış Kərimov küçəsində yaşayırlar. Hadisədən əvvəl isə E.Əsgərov 19 yaşlı bacısı A.Ə-dən şübhələnib. O bacısını izləyib və noyabrın 14-nə keçən gecə, saat 23:30 radələrində onları görüşərkən yaxalayıb. 20 yaşlı oğlan əvvəlcə qonşusuna bir neçə bıçaq zərbəsi vuraraq onu öldürüb, daha sonra isə o bacısını bıçaqlayıb.
Hər iki yaralı xəstəxanaya aparılıb. Lakin 21 yaşlı V.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Gənc qızın müalicəsi isə davam etdirilir.
Fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Nizam RZA

Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54