Yəməndə razılaşma əldə edildi
22 yanvar 2015 00:37 (UTC +04:00)

Yəməndə razılaşma əldə edildi

0

Yəməndə prezident Mənsur Hadi və “Ənsar Allah” hərəkatı arasında razılaşma əldə edilib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısı adından yayımlanan bəyanatda deyilir.

 

Sənədə əsasən, ölkənin yeni Konstitusiya layihəsinə dəyişikliklər ediləcək. Həmçinin husilərin nümayəndələri dövlət vəzifələrində yer alacaq.

 

Danışıqlar üsyançıların nəzarət altına götürdükləri prezident iqamətgahında baş tutub. Qərar isə  “Ənsar Allah” hərəkatının tələblərinə uyğun olaraq verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar