Yəmənin paytaxtı Sana şəhərində naməlum şəxslər Fransa diplomatını güllələyib.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, iki nəfər isə yaralanıb.
“Frans press” də Fransa vətəndaşı, qadın - diplomatın öldürüldüyü haqda xəbər yayıb.
Mənbə ehtimal edib ki, əcnəbilərin qətlinin arxasında “Ərəb yarımadasındakı “əl-Qaidə”” qruplaşmasının yaraqlıları durur.
Məlumata əsasən, bu, bölgədəki ən təhlükəli terrorçu təşkilatdır.