Yaponiyada 400-dən çox sakin istivurmadan xəstəxanaya yerləşdirilib
12 iyul 2014 22:22 (UTC +04:00)

Yaponiyada 400-dən çox sakin istivurmadan xəstəxanaya yerləşdirilib

0

Yaponiyada yay isti keçir. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, iyulun 12-də istivurmadan xəstəxanaya yerləşdirilənlərin sayı 400 nəfərdə çox olub.

 

Yaponiyanın “NHK” telekanalı bir nəfəri öldüyü haqda xəbər yayıb.

 

Məlumata əsasən, Tokio şəhəri, Kanaqava, İbaraki, Saitama və Totiqi prefekturalarında istivurmadan xəstəxanaya yerləşdirilənlərin sayı daha çox olub.

 

Teleşirkətin hesablamasına görə, 43 prefekturandan 407 nəfəri isti vurub. Onların 26-sı yuxarı sinif şagirdləridir. İstivurma nəticəsində 92 yaşlı qadın ölüb.

 

Yaponiya meteoroloji agentliyinin məlumatına əsasən, ölkənin 920 meteoroloji mərkəzindən 430-da havanın temperaturu 30 dərəcədən çox olub.

 

Qunma prefekturasının Tatebasi şəhərində 36,3 dərəcə istilik olub. İyulun 12-də Kioto, Okayama, Fukusima prefekturalarında, eləcə də Tokio bölgəsində temperatur 33-34 dərəcə qeydə alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 763

Oxşar yazılar